Bu gün xalq artisti Brilliant Dadaşovanın ad günüdür

Bu gün xalq artisti Brilliant Dadaşovanın ad günüdür

Bu gün xalq artisti Brilliant Dadaşovanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, xalq artisti 15 sentyabr 1965-ci ildə Bakıda anadan olub. Onun anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bilib. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil edib. Sovet İttifaqı dağıldıgdan sonra Rusiya solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sank-Peterburqda çıxış etib.

Nəzərinizə çatdıraq ki, Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxıb. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olub. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qalıb. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxıb. 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk çıxıb.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verilib. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirb. 1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbayıl rayon bələdiyyəsinə üzv seçilib. 2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparıb. 2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxıb. Bu albom Türkiyədə yazılıb və çox uğurlu olub.

Xalq artisti Brilliant Dadaşova ad günü ərəfəsində bu il verdiyi solo konsertin video yazısını kanalların birində fanatlarına təqdim edəcək. Gün ərzində xalq artisti yüzlərlə təbrik ismarışı alıb. Brilliant Dadaşova soaial şəbəkədə belə bir status da yazıb: "Əziz, dostlarım, Allah mənim üçün bu FB səhifəsini açan insandan razı olsun. FB məni sizinlə yaxınlaşdırdı. Anam, atam, nənəm, əmilərim yanımda olmasalar da, musiqimi sevən insanlar özümü dərk etdiyim gündən hər zaman yanımda olub, mənə yetimçiliyi unutdura bilib".

Qeyd edək ki, 2008-ci il Brilliant Dadaşova Azərbaycanın xalq artisti fəxri adına layıq görülüb. Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə