Sevilən nağillar əsasında tamaşalar qoymaqla Kukla Teatrı balaca balalarımızı sevindirməyə davam edir. Teatrdan SİA-ya verilən məlumata görə, belə bir tamaşalardan biri də M. Seyidzadənin "Cırtdan" adlı nağılı əsasında qoyulan tamaşadır. "Cırtdan" - Azərbaycan folklorun personajı olaraq, balaca bir oğlan uşağı obrazında tanınır.
Nəzərinə çatdıraq ki, tamaşada balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır.
Qeyd edək ki, "Cırtdan" tamaşası bu gün saat 12:00, 14:00, 16:00-da Abdulla Şaiq adına Kukla teatrında baş tutacaq. Biletlərin qiyməti isə 2 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB