Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etdi

Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etdi

Akademik MIlli Dram Teatrının kollektivi Belarusiyanın Brest şəhərində keçirilən "Belaya veja" XVIII Beynəlxalq Teatr Festivalında iştirak edib. SİA-nın verdiyi xəbərə görə, 7-14 sentyabr tarixlərində keçirilən festivalda Akademik Milli Dram Teatrı ilə yanaşı, İsrail, İsveç, Çexiya Respublikası, Yaponiya, Polşa, Belarusiya, Rusiya, Yunanıstan, Misir, Ukrayna, Latviya və Slovakiyadan müxtəlif teatr kollektivləri qatılıb.

Festival çərçivəsində müxtəlif seminarlar, treninqlər və pyeslərin səhnələşdirilmiş oxunuşu da həyata keçirilib.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı Festivalda Hüseynbala Mirələmovun pyesi əsasında hazırlanan "Xəcalət" tamaşası ilə çıxış edib. Sözügedən tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə