Heydər Əliyev Sarayında konsert olacaq
Heydər Əliyev Sarayında musiqili-əyləncəli konsert proqramı keçiriləcək. Saraydan SİA-ya verilən xəbərə görə, sentyabrın 30-da baş tutacaq konsertdə xalq və əməkdar artistləri, eləcə də tanınmış müğənnilər iştirak edəcək.

Konsertdə xalq artisti Səkinə İsmayılova, əməkdər artistlər Cabir Abdullayev, Cavanşir Məmmədov, Manana, Firuzə İbadova, Gövhər Rzayeva (qarmon), Teyyub Aslanov, populyar müğənnilər Sevda Yəhyayeva, Günay İbrahimli, Nazim (faytonçu), Nüşabə Ələsgərli, Rəşad İlyasov, Elariz, Səyyad Əlizadə, Sahib İbrahimov, Musa Musayev, Təranə Musayevə, Şəhla Həmidova, Fədayə Laçın, Anar Şuşalı, meyxanaçı Elşən Xəzər, gənc müğənnilər Sevinc Musayeva, Bəturə Hüseynova, Rahim Bağırzadə, Aytən Məhərrəmova, və "N brazers", "Səmum", "Çeşmə" folklor , "Zirvə" rəqs qrupları iştirak edəcəklər.

Tamaşaçılar, həmçinin "Bu şəhərdə"nin cütlüyü, yumor ustaları Rafael və Coşqunu izləmək imkanı da əldə edəcəklər. Saat 19:00- –da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manatdır. Biletləri sarayın kassası və şəhərin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня