Sentyabr ayının 11-də Rusiya Fedarasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 2005-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Film Festivalının bağlanış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu il 27 ölkədən qatılmış ümumilikdə 450 filmdən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.
Qeyd edək ki, rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB