2013-cü il sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasın gündəliyinə Fondun 2013-cü il iyunun 24-də elan etdiyi üçüncü qrant müsabiqəsinin yekunları, maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasının təsdiq olunması və cari məsələlər daxil edilmişdir. Şura üzvlərinin tərkibində Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov da iştirak edib.
Qeyd edək ki, müzakirələr nəticəsində Müşahidə Şurası cəmi 330 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, ümumi məbləği 253 945 manat dəyərində olan mədəniyyət sahəsi ilə bağlı 58 və ümumi məbləği 66 300 manat dəyərində olan turizm sahəsi ilə bağlı 9 layihə maliyyələşdiriləcək.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB