2013-2014-cü dərs ili ərəfəsində bir sıra məktəb binalarının açılışları olacaq
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən bir sıra bədii təhsil müəssisələri binalarının açılışları olacaq. SİA-nın verdiyi xəbərə görə, 2013-2014-cü dərs ili ərəfəsində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindəki 4 nömrəli Uşaq İncəsənət, Binəqədi rayonu Biləcəri qəsəbəsindəki Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət, Nəsimi rayonundakı Şövkət Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi və Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət məktəblərinin binaları əsaslı təmir və yenidənqurma işlərindən sonra müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB