"Metropark" AVM-in Park Cinema-sında "Заклятие" (Ovsunlama) filminin mətbuat üçün baxışı keçirilib. SİA-nın məlumatına görə, ABŞ istehsalı olan film bu il ekran üzü görüb. Rejissorluğunu Ceyms Vanın etdiyi filmdə rolları Vera Farmiqa, Patrik Ron Livinqston, Lili Teylor, Şenli Kasvell, Xeyli MakFarland, Coi Kinq, MakKenzi Foy, Kayla Diver, Şenon Kuk-Çan və başqaları canlandırıblar.
Dəhşət və triller janrında olan film 2 saat çəkib. Filmin qurtarandan sonar jurnalistlər hələ də filmin təsirindən çıxa bilməmişdilər.
Qeyd edək ki, filmin əsasını həm pis, həm də yaxşı ruhların arasında yaşadıqlarını iddia edən Perron ailəsinin real əhvalatı təşkil edir. XX əsrin 70 illərində, Perronların Rod-Aylenddə yaşadıqları evdə ruhlar məskən salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB