Azərbaycanda ilk dəfə açıq hava altında yeni nəsil kinoteatrı təqdim olunacaq. SİA-nın məlumatına görə, yeni kinoteatr Amburan Beach Club-da yerləşir və həftənin sonunda kinoteatrın açılış mərasimi baş tutacaq. Park Cinemanın təşəbbüsü ilə baş tutacaq möhtəşəm açılış mərasiminə giriş dəvətnamə ilə olacaq. Açılış mərasimindən sonra yeni kinoteatr bütün arzu edənlərin istifadəsinə veriləcək.
Yay kinoteatrında kinohəvəskarlara hər gün iki seans təqdim olunacaq və tamaşaçılar premyeraları həmçinin 3D formatında da izləyə biləcəklər. Yeni mədəniyyət ocağı ən müasir avadanlıqla təchiz olunub. Kinoteatrın qiymət siyasəti dəyişilməz olaraq qalır. 200-dən çox oturacaqdan ibarət kinoteatrda VİP yerlər də mövcuddur.
Bir sözlə, kinosevərlər ən yeni filmləri bundan sonra əsl yay atmosferinə uyğun şəraitdə baxmaq imkanı qazanacaq.
Cədvəli və əlavə məlumatı www/parkcinema.az saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB