“Azerbaijan Art Festival-2013” layihəsinin bağlanış sərgisi keçiriləcək

“Azerbaijan Art Festival-2013” layihəsinin bağlanış sərgisi keçiriləcək

Sabah Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Nar Mobile" ın baş sponsorluğu ilə keçirilən Baku Creative Center-in layihəsi olan "Azerbaijan Art Festival-2013" layihəsinin bağlanış sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilikləri və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri dəstəkləyib üzə çıxarmaq, onlara dəstək verməkdir.

Qeyd edək ki, iki gün davam edəcək sərgidə ümumilikdə 17 rəssamın 40-a yaxın əsərləri nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə