Polşanın Vrotslav şəhərində keçirilən Beynəlxalq İfaçılıq Sənəti Cəmiyyətinin (ISPA) Konqresində Azərbaycanı AR Production Beynəlxalq Prodüser Mərkəzi təmsil edib. SİA-nın məlumatına görə, mərkəzin konqresdə iştirak edən nümayəndəsi- prodüsser Səbuhi Məmmədov Azərbaycanın bu Beynəlxalq Konqresdə ilk dəfə təmsil olunduğunu bildirib.
Beynəlxalq İfaçılıq Sənəti Cəmiyyətinin (İSPA) və Adam Mitskeviç İnstitutunun təşkil etdiyi konqres Polşanın Vrotslav şəhərində keçirilib. İSPA - teatr rəhbərləri, menecer, prodüsser və 50-dən artıq ölkənin mədəniyyət müəssisələrini birləşdirən beynəlxalq təşkilatdır.
İldə iki dəfə Nyu-York və digər şəhərlərdə keçirilən konqres çərçivəsində müxtəlif diskusiya, seminar, mühazirə və müxtəlif görüşlər keçirilir. İştirakçılar konqresdə ifaçılıq sənəti ilə bağlı yeni bilikləri, çağdaş fəaliyyət mexanizmlərini öyrənə, ideya və təcrübə mübadiləsi apara, beynəlxalq əlaqələrini genişləndirə bilirlər.
Bu il konqres Mərkəzi və Şərqi Avropa ölkələrində ifaçılıq sənətinin tarixi, bu günü və gələcəyi, şəhərlərin iqtisadi və mədəni həyatın inkişafında rolu haqqında müzakirələr keçirib. Konqresdə həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasında qarşılıqlı əməkdaşlıq məsələləri, birgə teatr layihələrinin keçirilmə imkanları müzakirə olunub və konkret təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB