"Eurovision- 2014" Parkendə olmayacaq FOTO

"Eurovision- 2014" Parkendə olmayacaq FOTO

Gələn ilin mayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinə ev sahibliyi etməyə iddialı olmuş 5 şəhərdən 2-si Olborq və Frederisiya ərizələrini geri götürüb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Kopenhagenin Parken stadionu da iddiasından əl çəkib.

Buna səbəb isə həmin vaxtda stadionda "F.C.Kopenhagen" futbol klubunun və Danimarka milli komandasının oyunlarının keçirilməsidir.

Hazırda Herninq şəhərində "Boksen Arena", Horsensdə "Fənqslet", Kopenhagendə "DR Byen" və "B&W-Hallerne" məkanları mahnı müsabiqəsinə ev sahibliyi etməkdə maraqlıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə