Bu gün Azərbaycanın əməkdar artisti və Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovanın "Gəl sənə bir həzin şeir oxuyum" adlı albomunun təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində Azərbaycanın əməkdar artisti və Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova, aparıcı Şəhla Hüseynova (Çiçək), aktyor Vüsal Murtuzəliyev, reper Ceyhun (Cin), səbəbkarın atası, tanınmış sənət adamları, aktyorlar, şairlər, jurnalistlər və başqaları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan aparıcı Şəhla Hüseynova əməkdar artistə hər zaman dəstək olacağını dilə gətirib: "Hüsniyyə xanımın yetərincə sevənləri var. Aktrisanın "Gəl sənə bir həzin şeir oxuyum" adlı albomdakı şerilərdən sonra onu daha çox sevəcəklər. Mən əməkdar artist Hüsniyyə Mürvətovaya hər zaman dəstək olmağa hazıram".
Daha sonra səbəbkar Hüsniyyə Mürvətova uzun zamandır arzusunda olduğu lahiyəni həyata keçirdiyini söyləyib: "Bu iş mən tərəfdən kiçik olsa da arzu etdiyim lahiyəni ərsəyə gətirə bildim. Onu da deyim ki, şair Mikayıl Müşfiqin həmyerlisiyəm və onun şerilərindən oxumasaydım düzgün olmazdı. Xüsusilə qeyd edim ki, bu işin ərsəyə gəlməyində atamın böyük əməyi olub".
Konfransda çıxış etmək üçün söz alan aktrisa Hüsniyyə Mürvətovanın atası qızı haqqında fikirlərini bildirib: "Hüsniyyə mənim ilk övladımdır. Onun bütün uğurlarına sevinirəm".
Nəzərinizə çatdıraq ki, "Gəl sənə bir həzin şeir oxuyum" adlı albomda tanınmış və sevilən şair və şairələrdən lərdən Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin, Sona Vəliyevanın, Qənirə Paşayevanın, Ramiz Rövşənin, İlqar Fəhminin, Vaqif Tacioğlunun, Cəlil Cavanşirin şeirləri yer alıb.
Qeyd edək ki, tədbirin sonunda "Gəl sənə bir həzin şeir oxuyum" adlı albomun qısa video çarxı da nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB