Xarici qonaqlar: “Bu forum bütün dünya qəzetlərinin ilk səhifəsində yer alıb” TƏƏSSÜRATLAR
xarici qonaqlar Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı xoş təəssüratlarını SƏS TV ilə bölüşdülər:

Kamerunun şahzadəsi Rabitou Mamboune Njoya;
"İlk öncə onu qeyd etmək istəyirəm ki, forum çox gözəl təşkil olunub. Buna görə də təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Forumun əhəmiyyəti olduqca böyükdür. Çünki bu forum gələcəyimiz üçün təminatçı rolunu oynayır. Mən birinci forumda da Bakıda idim. Deyə bilərəm ki, Bakı günü-gündən gözəlləşir. Öz ölkəm haqqında isə onu qeyd etmək istərdim ki, Kamerun dövləti Mərkəzi Afrikada yerləşir. Bizim ölkəyə miniatur Afrika da deyirlər. Çünki bu ölkənin bütün iqlimi Kamerunda da mövcuddur. Burada müxtəlif xalqlar yaşayır".

Avropa Şurasının mədəniyyət üzrə direktoru xanım Deno;
"Mən Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu çox yüksək səviyyədə qiymətləndirirəm. Bu forum vasitəsilə Azərbaycanla dünyanın müxtəlif ölkələri, o cümlədən Avropa xalqları arasında əlaqələr möhkəmləndirilir. İlk dəfədir ki, Bakıda oluram və buranı çox bəyənirəm. Baxmayaraq ki, hələ də buranı gəzməyə imkan tapa bilməmişəm, amma xüsuilə qeyd etməliyəm ki, ölkəniz arxeoloji abidələrin araşdırılması cəhətdən xüsusilə təqdirəlayiqdir. 2014-cü ildə Bakıya yenidən gəlmək istəyirəm".

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndəsi Əbdürrəhman;
Bu kimi forumlar vasitəsilə ölkəniz bütün dünyada tanınır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənə halını alıb. Hansı ki, bu forum Madrid, İstanbul, Vyana kimi şəhərlərdə və nəhayət Bakıda keçirilir. Digər bir tərəfdən isə adıçəkilən bu forum iki ildən bir təşkil olunur. Bir sözlə, ölkənizi, xalqınızı təbrik edirəm. Bakı gözəl şəhərdir və insanlarınız çox qonaqpərvərdir. O cümlədən, Bakıdakı abu-hava və ölkənizin mühiti xoşuma gəlir. Düşünürəm ki, bu gün Bakı və Azərbaycan hər kəsin ürəyindədir. Bu forum bütün dünya qəzetlərinin ilk səhifəsində yer alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB