18 may –Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 18 may –Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Ombudsman Elmira Süleymanova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, mədəniyyət və incəsənət adamları, muzeyin işçiləri, məktəb direktorları, media nümayəndələri, uşaqlar və başqaları iştirak ediblər.
İlk öncə mətbuat nümayəndələri üçün "Muzey bu gün" adlı press-konfrans keçirilib. Mərasimi giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı 18 may –Beynəlxalq Muzeylər Günü ilə bağlı məlumat verib və jurnalistlərin bütün suallarını cavablandırıb: "1978-ci ildə YUNESKO-nun təşəbbüsü ilə hər il 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. O, zamandan etibarən silsilə tədbirlər həyata keçirilir. Onu da deyim ki, rəhbərlik etdiyim muzeydə muzeyşunas bölməsi açılacaq. Azərbaycan Tarixi Muzeyin bir çox yeniliklər olacaq. Xatırladım ki, Norveçdə Çexiyada, Vatikanda, sərgilərimiz keçirilib. 2014-cü ildə də Praqa şəhərində də sərgi keçirdəcəyik. Bir sözlə xarici ölkələrlə əlaqələrimiz normaldır. Xüsusi ilə nəzərinizə çatdırım ki, muzeydə tanınmış insanların şairə Mirvarid Dilbazinin, bəstəkar Eldar Mansurovun atasının, sənətkar Rüstəm Qədirovun və digər şəxslərin əşyaları saxlanılmaqdadır".
Daha sonra isə "Muzey təşəkkür edir" adlı mərasim keçirilib. 2013-cü ilin 1-ci yarısında Muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərinin təşkilində, Muzey fəaliyyətinin KİV-də işiqlandırmasında fəal iştirak etmiş şəxslərə təşəkkürnamələr və xatirə hədiyələr verilib.
Sonda isə " Tarix Muzeyi uşaqların gözü ilə" müsabiqəsinin yekun sərgisinin açılışı olub.
Qeyd edək ki, 2013-cü ilin yanvarın 1-dən başlayan sərgi geniş ictimaiyyətin böyük marağına səbəb olub. Belə ki, yanvar 1-dən aprelin 30-dək Muzeyə müxtəlif uşaq yaradıcılıq mərkəzləri, məktəblər, rəsm dərnəkləri, həmçinin ayrı-ayrı iştirakçılar tərəfindən 160-dan artıq rəsm əsəri və əl işi təqdim olunub. 5 yaşdan 17-dək olan iştirakçılar tərəfindən təqdim olunan şəkillər 5 nominasiya üzrə qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB