Müğənni Mila Azərbaycanın canlı əfsanəsi, Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundovanın xeyir-duasın almaq üçün ona baş çəkib. SİA-nın məlumatına görə, Şəfiqə Axundovanı evində ziyarət edən Mila bəstəkarmızla görüşmək, ondan xeyir-dua almaq, həyatında ən böyük arzularınadan biri olduğunun deyib: "Mənim üçün bizim canlı əfsanəmiz Şəfiqə xanımın evində olmaq, onun yanında oturmaq inanılmazdır. Mən çox fəxr edirəm ki, Şəfiqə Axundovanın xeyir-duasını alıram".
Şəfiqə Axundova da öz nöbəsində Milanın ifasını canlı-canlı dinliyərək ona öz tövsiyələrini verib: "Milanın səsini çox bəyəndim. Hansı mahnımı istəsə oxaya bilər. Bu qızın həm görünüşü, həm də səsi gözəldir. Bilirəm ki, bu yolda ona pislik etmək istəyənlər çox olacaq. Amma ona güclü olmağı arzulayıram. Bu ifaçılıq sənətində gərək güclü insan olasan. Milanın xeyir-duamı almaq üçün evimə gəlməsi məni çox sevindirdi".
Qeyd edək ki, ifaçı Mila Şəfiqə Axundovanın bir neçə mahnısını ifa edib.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB