Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qızıl Kəlmə" ədəbi mükafatının qalibləri elan olunub. Nazirlikdən SİA-ya verilən məlumata görə, "Qızıl Kəlmə" Ədəbi Mükafatı Komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınmış nəticə səsə qoyulub. Nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin "Ölüm mələyi", Pərvinin "Qar yağacaq", poeziya nominasiyası üzrə Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin İsgəndərzadənin "Qürbət hücrəsində", ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın "Sözü işığa danışdım" , Əsəd Cahangirin "Kim yatmış kim oyaq?", bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı, Akif Əhmədgil "Kuman nəğməsi" kitabları qalib seçilib.
"Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə isə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB