“Heydər Əliyev və Azərbaycan folkloru”

“Heydər Əliyev və Azərbaycan folkloru”

Bu gün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və M.F.Axundov adına Milli Kitabxana ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan folkloru" mövzusunda elmi praktik fonfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Milli Kitabxananın direktoru Tahir Kərimov, xalq şairi Zəlimxan Yaqub, professorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Muxtar İmanov, İsmayıl Məmmədli və digər görkəmli şəxsiyyətlər iştirak edib.

Tədbiri giriş sözləri ilə açan Milli Kitabxananın direktoru Tahir Kərimov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən ilki olduğunu deyib: "Kitabxanamızın və Azərbaycanın inkişafında Ulu Öndərin əvəzsiz rolu olub".

Daha sonra çıxış edən xalq şairi Zəlimxan Yaqub öz fikirlərini bildirib: "Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinin inkişaf etməsinə yaxından dəstək olub. Bu diqqət, qayğıya görə, biz ümummilli liderimizin xatirəsini hər zaman ehtiramla yad edir, öz minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, mərasimdə bir sıra görkəmli şəxslər çıxış edərək mövzu ilə bağlı maraqlı faktlar və fikirlər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə