Tarzən və müğənni Humay Qədimova Fransada səfərdə olub. SİA-nın məlumatına görə, gənc tarzənimiz orada keçirilən bir çox ölkələrin mətbəxinin təmsil olunduğu sərgidə iştirak edib. Tədbirə həmçinin Tahir Əmiraslanovun başçılıq etdiyi Azərbaycan Milli Kulinariya Mərkəzinin heyəti də qatılıb. Minlərlə ölkə təmsilçisinin qatıldığı sərgidə Azərbaycan musiqisinin sədaları altında dünya mətbəxi ilə tanış olub.
Müxtəlif ölkələri tərənnüm edən təmsilçilər arasında birincilik Azərbaycanın payına düşüb. Bir neçə çeşiddə plovumuzun və müxtəlif yeməklərin dadına baxan iştirakçılar həm ağız dadının, həm də musiqi zövqlərinin dəyişdiyini etiraf ediblər.
Qeyd edək ki, tədbir 3 gün davam edib. Humay və Sevinc Qədimovaların ifasında instrumental musiqilər səslənib. Onlar həm muğam parçaları, həm də rəqs havaları təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB