İzmirdə Azərbaycan həqiqətləri

Millət vəkili Qənirə Paşayeva İzmir Konak Bələdiyyə başkanı Hakan Tartan ilə görüşüb. Görüşdə Mayın 26 və 27-də İzmirdə Azərbaycan həqiqətləri və mədəniyyətinin daha geniş təbıiği üçün 2-günlük Azərbaycan günlərinin keçirilməsi qərara alınıb.

Xocalı Soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil edilən konfransda iştirak etmək üçün İzmir şəhərinə səfər etdiyini bildirən millət vəkili Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törəkdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını dünyanın harasında doğulub harasında ya.amasından asılı olmayaraq bütün türk kökənli insanlar unutmamalı və unutdurmamalıyıq - deyib. Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə işlərin daha da sürətləndirilməsinin vacibliyini dedi. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.

İzmir Konak Bələdiyyə başkanı Hakan Tartanı Azərbaycana dəvət edən millət vəkili Qənirə Paşayeva İzmirdə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha da genişlənməsi istiqamətində Azərbaycan günlərinin keçirilməsinin vacibliyinə toxunub. Millət vəkili Qənirə Paşayevanın bu istiqamətdə fikir və təklifləri ilə razilaşan və bunun çox vacib olduğunu deyən Hakan Tartan bu ilin mayın 27-28-də İzmirdə Azərbaycan həqiqətlərinin və mədəniyyətinin daha geniş təbliği üçün Azərbaycan günlərinin keçirilməsi ilə bağlı görüş zamanı qərar qəbul edib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayevanı bu tədbirlərdə iştirak etməyə dəvət edən İzmir Konak Bələdiyyə başkanı Hakan Tartanın dəvətini qəbul edən millət vəkili Qənirə Paşayeva özünün və rəhbərlik etdiyi Avrasiya beynəlxalq Araşdırmalar İnstitutu İB-nin də İzmirdə Azərbaycan günlərinin keçirilməsinə bütün dəstəkləri göstərməyə hazır olduğunu deyib. Mayın 26-27 də bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü ərəfəsində İzmirdə Azərbaycan günlərinin keçirilməsinin önəmini xüsusi vurğuıayan millət vəkili Qənirə Paşayeva keçiriləcək proqramlarla bağlı öz təkliflərini də səsləndirib və təkliflər bələdiyyə başqanı tərəfindən dəstəklənib.

Görüşdə DAK başkan yardımçısı Asif Kurban, Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəhbəri Turgut Aran, Azərbaycan Öyrəncilər Təmsilçisi Cavid Əliyev, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva, TİMUB başqanı Çingiz Bayramov da iştirak ediblər.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İzmir Konak Bələdiyyə başkanı Hakan Tartana Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə