"Eurovision- 2011" mahnı müsabiqəsinin qaliblərindən olan Eldar Qasımov yeni mahnısını təqdim edəcək. Bu barədə SİA-ya açıqlama verən Qasımov bildirib kİ, mahnı "Heartbreaker" (Ürəkqıran) adlanacaq.
Son zamanlar sevgidən əziyyət çəkən və sınmış qəlblər mövzusunda mahnı oxumağı çox istədiyini deyən E. Qasımov: "Yeni ifa etdiyim mahnı yuxusuz gecələr və qarşılıqsız sevginin göz yaşlarından bəhs etmir. Yaralı könül, parçalanan ürək hissi çoxlarına tanışdır. Uzun müddətli təklik düşüncələri içində öz-özünə təsəlli axtararaq sadəcə bunu qışqırmaq istəyirsən: Sənə xoşbəxtlik arzulayıram! Qoy həyatında hər şey çox uğurlu alınsın! Sən buna layiqsən və bunu bilməyimə görə şadam. Əlbəttə, hərdən özünün də pis yaşamadığını, hər şeyin əla olduğunu göstərmək istəyirsən, eyni zamanda həyatındakı əziz insanları itirməməyə çalışmaq lazımdır. Ona görə göstərmək istəyirsən, çünki sevdiyin insana qarşı sakit və biganə heç vaxt ola bilməzsən. Unutmaq, düşünməmək, maraq itirmək olar, amma inanmıram ki, nə zamansa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq mümkündür. Sizə nəql etdiyim bu hisslərin hər birini mənim yeni "Heartbreaker" mahnımda eşidə biləcəksiniz. Ehtiyatlı olun, heç kəsin qəlbini sındırmayın", -deyə fikirlərinə əlavə edib.
Qeyd edək ki, yeni mahnının musiqisi bəstəkar və prodüsser İsa Məlikova, sözləri Qreys Ceyms və Eldar Qasımova məxsusdur. Musiqi prodüsseri isə danimarkalı bəstəkar Bo Larsendir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB