"Debüt" studiyası "Alo mənəm" bədii qısametrajlı filmlə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. SİA-nın məlumatına görə, artıq çəkilişləri yekunlaşan ekran əsərinin üzərində montaj işləri aparılır.
Yelena Andreyevanın "Alo, mənəm" hekayəsi əsasında çəkilən filmin bədii rəhbəri xalq artisti Eldar Quliyev, ssenari müəllifi Yelena Andreyeva, quruluşçu rejissor Nonna Müzəffərova, quruluşçu operator Əli Sultanov, quruluşçu rəssam Rövşən Mehdiyev, qrimçi Adilə Məmmədova, icraçı prodüser Əlibala Rəhimov, prodüser Fuad Əzizovdur.
Ekran əsərində əməkdar artistlər Sonaxanım Mikayılova, Abbas Qəhrəmanov, aktyorlar Mətanət Abbaslı, Rafiz Mehdizadə rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB