Dünya şöhrətli rejissor evlənir

Dünya kino tarixinə adını yazdırmış "Ulduz müharibələri" film-saqasının rejissoru Corc Lukas evlənməyə hazırlaşır. SİA-nın məlumatına görə, bu yaxınlarda rejissor öz sevgilisi Mellodi Hobsonla nişanlandığını açıqlayıb.

47 yaşlı Mellodi Hobson investisiya firmasının rəhbəri və "Dream Works Animation" kinostudiyasının direktorlar şurasının həmsədridir. 68 yaşlı Corc Lukasla Mellodi Hobson 2007-ci ildən bəri görüşürlər.

Corc Lukas bundan əvvəl bir dəfə evli olub və övladlığa 3 uşaq götürüb. Onun ilk həyat yoldaşı elə "Ulduz müharibələri" kino-epopeyasının montajoru olan və bu işinə görə "Oskar" mükafatı alan Marka Lukas olub.

Bütün xəbərlər Facebook səhifəmizdə