“Tariximiz dünənimiz, bu günümüz və sabahımızdır”

“Tariximiz dünənimiz, bu günümüz və sabahımızdır”

Bu gün "Tariximiz dünənimiz, bu günümüz və sabahımızdır" başlığı altında 7 nömrəli orta məktəbdə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə müəllimlər, şagirdlər, media nümayəndələri və başqaları iştirak edib. Mərasim Azərbaycan himni ilə başlayıb. Daha sonra 7 nömrəli məktəbin şagirdləri tədbiri açıq elan ediblər.

Nəzərinizə çatdıraq ki, "Tariximiz dünənimiz, bu günümüz və sabahımızdır" adlı tədbirdə şagirdlər mahnılar oxuyub tamaşalar göstəriblər.

Qeyd edək ki, mərasimdə Azərbaycan tarixi ilə bağlı filmlər nümayiş olunub, kliplər səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə