İran Musiqi Evi tar musiqi alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib. SİA-nın "Mehr" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə qərar İran Musiqi Evinin Direktorlar Şurası tərəfindən qəbul olunub.
Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, artıq İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. Bundan başqa vəziyyətlə bağlı İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsi məsuliyyətsizlikdə ittiham olunub. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.
Qeyd edək ki, İran tar alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qəbul edilməsinə etiraz etsə də, söhbət tarın Azərbaycan musiqi aləti kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən getmir. UNESCO Azərbaycan tar ifaçılığı sənətini bu siyahıya daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB