Rastropoviçin həyat yoldaşı vəfat edib

Rastropoviçin həyat yoldaşı vəfat edib

Opera müğənnisi Qalina Vişnevskaya Moskvada dünyasını dəyişib

Dünya şöhrətli opera müğənnisi, SSRİ xalq artisti, görkəmli dirijor və violonçelist Mstislav Rastropoviçin həyat yoldaşı Qalina Vişnevskaya 87 yaşında Moskvada dünyasını dəyişib. Rusiya mətbuatının verdiyi məlumata görə, Qalina Vişnevskayanın vəfat etməsi xəbərini onun adına olan Musiqi Mərkəzində təsdiq ediblər, lakin ölümünün səbəblərini bildirməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə