Bakıda Gənc Tamaşaçılar Teatrının binasına bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu gün saat 15.45 radələrində polisə zəng edən naməlum şəxs teatr binasına bomba qoyulması barədə məlumat verib. Dərhal əraziyə Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin qüvvələri cəlb edilib. Teatrda olan şəxslər dərhal evakuasiya edilib.
Teatrda axtarış aparan Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasedicilərinin axtarışları nəticəsində məlumat təsdiqini tapmayıb. Hazırda polis yalan məlumat verən şəxsin tapılması istiqamətində tədbirlər görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB