“Junior Eurovision” təmsilçilərimiz Amsterdama gediblər FOTO

“Junior Eurovision” təmsilçilərimiz Amsterdama gediblər FOTO

Azərbaycanı "Junior Eurovision"da təmsil edəcək Ömər Sultanov və Suada Ələkbərova, eyni zamanda nümayəndə heyəti Niderlandın paytaxtı Amsterdama yola düşüblər. SİA-nın məlumatına görə, bu gün Amsterdamda "Junior Eurovision 2012"nin rəsmi açılış mərasimi keçiriləcək.

Ömər və Suada, eyni zamanda Azərbaycanın nümayəndə heyəti açılış mərasimində iştirak edəcəklər. Sabahdan etibarən isə müsabiqənin məşqlərinə start veriləcək. Bildirək ki, Ömər və Suada bu müsabiqədə 75 faizi Azərbaycan dilində olan "Boys and Girls" mahnısını ifa edəcəklər. Bu mahnı əvvəlcə bütünlüklə ingilis dilində yazılsa da, sonradan müsabiqənin şərtlərinə uyğun olaraq 75%-i ana dilində yenidən işlənilib.

Qeyd edək ki, "Junior Eurovision 2012" dekabrın 1-də Amsterdamda keçiriləcək. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunur. Müsabiqədə 12 ölkə təmsilçisi birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə