“Gəmiqaya” Ədəbi Birliyinin növbəti məşğələsi keçirilib

“Gəmiqaya” Ədəbi Birliyinin növbəti məşğələsi keçirilib

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən "Gəmiqaya" Ədəbi Birliyi növbəti məşğələsini keçirib. Məşğələdə dərnək üzvləri ilə yanaşı, Naxçıvan MR Yazıçılar Birliyi Gənclər Təşkilatının üzvləri də iştirak ediblər.

Çıxış edən "Gəmiqaya" Ədəbi Birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü Vaqif Məmmədov bölgənin ən böyük ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin həm də ədəbi qüvvələrin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. V.Məmmədov "Gəmiqaya" Ədəbi Birliyinin fəaliyyətindən danışaraq, gənc nəslin ədəbiyyata marağının artırılması, gənclərin ədəbi proseslərə qoşulmasında qurumun rolunu qeyd edib.

Sonra gənc şairlər şeirlərini oxuyub, səslənən ədəbi nümunələrin məziyyətləri barədə fikir mübadiləsi aparılıb, universitet tələbələrinin sualları cavablandırılıb. Gənc yazarlardan Elxan Yurdoğlu, Ruhəngiz Əliyeva, Elnur Kəlbizadə, Taleh Haqverdiyevin səsləndirdikləri şeirlər maraqla qarşılanıb.

Naxçıvan MR Yazıçılar Birliyinin Gənclər Təşkilatının sədri Elnur Kəlbizadə çıxış edərək keçirilən belə ədəbi görüşlərin əhəmiyyətini qeyd edib. O Birliyin Gənclər Təşkilatının fəaliyyəti haqqında da məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə