Zöhrə Abdullayeva: “Yeri boş qalan sənətkarımız"

Zöhrə Abdullayeva: “Yeri boş qalan sənətkarımız"

Azərbaycanın əməkdar artisti Zöhrə Abdullayeva mərhum sənətkar Yaşar Nurinin rəhmətə getməsinə hələ də inanmadığını deyib. SİA-ya kövrələrək açıqlama verən Zöhrə xanım onun kimi insanların bir daha həyata gəlməyəcəyini dilə gətirib: "Azərbaycan mədəniyyətinin nəhəng nümayəndəsi olan Yaşar Nurini yola saldıq. Mərhum sevilib-seçilən aktyor idi. İncəsənətimizə adını qızıl hərflərlə yazaraq dünyasını dəyişdi. Yeri boş qalan sənətkarlarımızdan oldu. Allah dünyasını dəyişməyən dahi sənətkarlarımıza dözüm və can sağlığı versin. Rəbbim Yaşar müəllimin günahlarını bağışlasın. Allah Yaşar Nuriyə rəhmət eləsin!".

Foto: Türkan Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə