Xanəndəmiz Türkiyədə

Azərbaycan Noyabrın 18-də Eskişehirdə keçiriləcək "Türk Dünyasının Ənənəvi Musiqisi" konsertində təmsil olunacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, konsert Türkiyədə Türk dövlət və toplumlarını bir araya gətirəcək. Tədbirdə 10 ölkənin tanınmış sənətçiləri eyni səhnədə yer alacaqlar. Konsertdə müstəqil və muxtar Türk dəvlətlərini təmsil edən sənətçilərin ifasında istisnasız olaraq müxtəlif janrlarda milli musiqilər səsləndiriləcək.

Qeyd edək ki, "Anadolu" İnformasiya Agentliyi konsertdə Azərbaycanı təmsil edəcək sənitçilər arasında xanəndə Təyyar Bayramovu xüsusi fərqləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə