Məhşur müğənni rejissor oldu

Türkiyəli müğənni Əmrah həmkarları kimi film çəkmək niyyətinə düşüb. Müğənni nəhayət ki, 3 ilə yaxındır hazırlaşdığı "Gəlməyən Bahar" filminin çəkilişlərini başladıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, ilk dəfə rejissorluq edən müğənni bu müddət ərzində bütün təklifləri rədd edib.

Bununla yanaşı, o, 39 bölümün pulunun nağd ödənildiyi və ona 3 milyon türk lirəsi qazandıracaq seriala da yox cavabı verib.

"Bu film üçün Əmrahı hər şeydən məhrum etdim, artıq qarşınızda Əmrah Ərdoğan var",- deyə müğənni əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə