“Müasir Azərbaycanın Milli Sərvəti – Aşıq Sənəti”

“Müasir Azərbaycanın Milli Sərvəti – Aşıq Sənəti”

Bu gün qloballaşan dünyada dünya vətəndaşı olmaq istəyi, milli deqradasiya prosesi ilə təqribən eyni addımlayır. Bir çox dünya ölkələrində biz bunun şahidi olmaqdayıq. Lakin öz milli köklərinə daha sıx bağlı olmaqla da öz inkişafının ən yüksək zirvəsinə qalxan ölkələr də az deyil. Bu mənada bu gün bizim milli dəyərlərimizə daha dərindən sahiblənməyimiz gənc nəslin düzgün tərbiyə alması ilə yanaşı, dövlətimizin gələcəyinin etibarlılığının təminatıdır.

Bu mənada Azərbaycan xalqının qədim dövrlərdən bu günə qədər yaratmış olduğu söz xəzinəsini öyrənmək və onu gənc nəslə çatdırmaq çox böyük əhəmiyyətə malikdir, bu irs bizim milli sərvətimizdir.

Biz şifahi xalq ədəbiyyatı və aşıq ədəbiyyatı nümunələrimizə diqqətlə baxsaq, onlarda bu gün Azərbaycan cəmiyyətinə, xüsusən də gənc nəslə hava və su kimi lazım olan çox hikmətlərin olduğunu görərik. "Gənclərimizi milli-vətənpərvərlik ruhunda tərbiyə etməliyik" deyən cənab Prezidentimiz İlham Əliyev həm xalqımızın firavanlığını, həm müstəqilliyimizin əbədiliyini, həm də ölkəmizin potensial təhlükəsizliyini məhz milli ruhda aparılan tərbiyədə görür.

Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən biri də Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədi daşıyır.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması və təbliği istiqamətində mühüm rol oynayıb. Məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Muğam sənətindən sonra növbəti addım kimi Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində işlərin aparılması oldu.

Azərbaycan dövlətinin, xüsusilə Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr-2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük.

Aşıq sənətinə dövlətimizin qayğısını və xalqımızının bu sənətə məhəbbətini uca tutmaq, onu daimi yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə bir çox tədbirlər həyata keçirilir. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində yeni bir layihəyə start verib. Bu layihə "Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ" adlı layihədir və mütəmadi olaraq davam etdiriləcək. İlk olaraq bu tədbirlərin davamı kimi, ölkəmizdə yüksək reytinqə malik olan Qafqaz Universitetində – "Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ" adlı tədbir keçirib. Tədbirdə ölkəmizin tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat, musiqi adamları, aşıq sənətini yaşadan insanlar iştirak ediblər. Professor Məhərrəm Qasımlı aşıq sənəti barədə gənclərə ətraflı məlumat verdi. Əməkdər incəsənət xadimi Ədalət Dəlidağlının, Mehti Məsimovun və gənc aşqıların ifasında aşıq havaları səsləndirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня