Bakı Musiqi Akademiyası (BMA) ilə Norveçin Bergen Universiteti nəzdində yerləşən "Qriq" Akademiyası arasında bağlanan müqavilə çərçivəsində BMA-nın bir qrup professor-müəllim heyəti yaxın günlərdə sözügedən ölkəyə səfər edəcək. SİA-nın məlumatına görə, Bergen Universitetinin "Qriq" Akademiyası ilə BMA arasında 5 ildən artıqdır ki, əməkdaşlıq münasibətləri mövcuddur.
Bakı Musiqi Akademiyasının xarici məsələlər üzrə prorektoru Yeganə Axundovadan aldığımız məlumata görə, bu əməkdaşlıq çərçivəsində bir çox layihələrin keçirilməsi nəzərdə tutulub. Belə ki, 2008-ci ildə bir qrup Norveç musiqiçisi ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində norveçli qonaqlar konsert proqramı ilə çıxış edib, bir sıra görüşlər keçiriblər. Bakı Musiqi Akademiyası ilə adlarını sadaladığımız təhsil müəssisələri arasında birgə əməkdaşlıq, konsertlər, konfransların keçirilməsi, tələbə-müəllim mübadiləsi barədə müqavilələr də imzalanıb. Bu müqavilə çərçivəsində 2009-cu ildən bu günədək müxtəlif pillələlərdə 6 tələbəmiz Berqen Universitetində təhsil almağa göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB