Amerikalı ulduz Azərbaycan mahnısı ifa etdi

Amerikalı ulduz Azərbaycan mahnısı ifa etdi

Cənubi Amerikaya növbəti turnesi zamanı amerikalı ulduz skripkaçı Hillari Han Braziliyanın paytaxtı Rio De Janeyrodakı adlı-sanlı Bələdiyyə Teatrında baş tutan kamera konsertində xalq artisti Firəngiz Əlizadənin violin və fortepiano üçün yeni "İmpuls" əsərini ifa edib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,4 gün sonra isə Hillari Han məşhur çinli pionist Natali Xan Çju ilə həmin əsərin premyerası Ekvadorun Kito şəhərindəki məşhur "Teatro Nacional" Konsert Salonunda baş tutub.

Məlumat üçün bildirək ki, Hillari Han gənc olmasına baxmayaraq çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır. O, həm də Paqanininin (Nikola Paqanini- virtuoz italyan skripkaçı, bəstəkar) "24 Kapriz" əsərinin müəllifi" əsərlərinin ən yaxşı ifaçısı kimi də tanınır. Onun adının qarşısında həmişə "ulduz" sözü mütləq qeyd olunur.

"İmpuls" əsəri məşhur ifaçının "Hillari Han və 27 məşhur bəstəkar" adlı yeni layihəsi çərçivəsində bəstələnib. Bu layihə üçün dünyanın məşhur 27 bəstəkarına yeni əsərlər sifariş edilib. Əsərin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən Hillari Han əsərin müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkəsində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir.

Mətbuat vasitələrinə verdiyi müsahibələrində Hillari Han qeyd edib ki, Firəngiz Əlizadəyə yeni, həmçinin iri həcmli əsər sifariş etmək arzusundadır.

Bütün xəbərlər Facebook səhifəmizdə