Bakıda II ÜmumRespublika Dekorativ-tətbiqi sənət Festivalı təşkil olunacaq. Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda baş tutacaq. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən SİA-ya verilən məlumata görə, II Ümumrespublika dekorativ-tətbiqi sənət festivalının Bakı şəhəri üzrə seçim turunda iştirak edənlərin siyahısı hazırlanır.
Sərgidə bədii şüşə, bədii oyma (ağac üzərində), zərgərlik, dulusçuluq (keramika), batika, makrame, bədii tikmə, toxunma qrafika, ikobana üzrə sənət nümunələri nümayiş olunacaq.
Sərginin açılış mərasimi oktyabrın 5-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB