“Türk Dünyası Birliyi Günü”nə həsr olunan konsert FOTO

“Türk Dünyası Birliyi Günü”nə həsr olunan konsert FOTO

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında "Türk Dünyası Birliyi Günü"nə həsr olunmuş konsert proqramı keçirilib. SİA-nın verdiyi məlumata görə, konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətlərindən tamaşaçılar iştirak edib.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, bu cür konsertlərin keçirilməsində məqsəd Türk dünyasının bəşəriyyətə tanınmasında rol oynamaqdır: "Türk dünyası həmişə ədalətin rəmzi kimi qəbul olunub və biz də hesab edirik ki, bu kimi tədbirlər türk dünyası haqqındakı bilgiləri daha da artıracaq".

Qeyd edək ki, konsert proqramında Şəmistan Əlizamanlı, Nemət Qasımlı, Nuriyyə Hüseyova kimi ifaçılar çıxış edib, müxtəlif türk xalqlarına məxsus rəqslər nümayiş olunub.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə