"Junior Eurovision 2012" seçimi başlandı

"Junior Eurovision 2012" seçimi başlandı

Dekabrın 1-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək Uşaq Eurovision Mahnı Müsabiqəsində (Junior Eurovision 2012) iştirak etmək üçün ölkəmizin təmsilçisinin seçiminə başlanılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən SİA-ya verilən məlumata görə, ilkin dinləmələrdə azyaşlı istedadlar arasından 12 nəfər seçilib. Sonra isə peşəkar münsiflər heyəti tərəfindən bu uşaqlar arasından 5 nəfərə növbəti turda özünü sınamaq şansı verilib.

Final yarışmasına hazırlaşan həmin 5 nəfər müxtəlif dildə və üslubda mahnılarla münsiflər heyəti qarşısında çıxış edəcəklər. Ölkəmizi təmsil etmək uğurda yarışa qatılan bu azyaşlılar bu gün İctimai Televiziyanın "Yeni Gün" proqramında ictimaiyyətə təqdim olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə