"Buta" filmi "Oskar" mükafatına təqdim olunub. SİA-nın məlumatına görə, film beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib. "Buta" filmi artıq "Oskar"ın ilkin siyahısına daxil edilib və bu siyahıda 40 film var. Növbəti mərhələ 12, son mərhələyə isə beş film keçəcək. Növbəti mərhələnin yekunları isə dekabr ayında açıqlanacaq.

Xatırladaq ki, "Buta" filmi "Azərbaycanfilm" və "Buta Film" kino şirkətinin birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. "Buta" filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib. Film Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olub, Keyptaun (CAR) şəhərində keçirilən "Cape Winelands Film Festival"ın Qran-pri mükafatını və ABŞ-ın "World Fest – Houston International Film Festival"ında "Platinum Remi" mükafatını əldə edib. Bundan başqa film "Humay" Milli Mükafatının da laureatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə