Oktyabrın 9-da Belorusda Azərbaycan günləri və Azərbaycan və Belorusun Opera Teatrları arasında mədəni əməkdaşlıq haqqında bağlanan Memorandum çərçivəsində Belorus Milli Akademik Opera və Balet Teatrının səhnəsində Q.Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.
Teatrdan SİA-ya verilən məlumata görə, hazırda Belorusun KİV və televiziya kanallarında tamaşanın nümayişi haqqında geniş surətdə anonslar verilir. Minsk şəhərinin mərkəzində bu tədbiri işıqlandıran rəngli afişalar yapışdırılıb və bannerlər asılıb. Tamaşaya biletlərin böyük hissəsi artıq satılıb.
Belarusun KİV-i Belarusiyada Azərbaycan Mədəniyyəti günlərinin və xüsusən də "Yeddi gözəl" baletinin tamaşasının iki qardaş respublikanın mədəni həyatında önəmli hadisə olduğunu, Belorus və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin gələcəkdə daha möhkəmlənməsinə xidmət edəcəyini qeyd edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB