Səhhətində problem yaranan və Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan xalq artisti Afaq Bəşirqızı sabah ürəyindən əməliyyat olunacaq. Bunu SİA-ya açıqlamasında aktrisanın oğlu Səmral Təhməzov deyib.
Onun sözlərinə görə, xalq artisti sabah ürək-damar sistemindən əməliyyata alınacaq. Xalq artistinin hələ də reanimasiyada olduğunu söyləyən Səmral bildirib ki, Afaq xanımın vəziyyəti yaxşılığa doğru dəyişib. S. Təhməzov onu da bildirib ki, anası reanimasiyada olduğuna görə yanına heç kim buraxılmır. Məlumat üçün bildirək ki, xalq artistinə ürək-damar çatışmazlığı diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, aktrisa sentyabrın 23-də "Yeddi məhbusə anası" tamaşasında oynadıqdan sonra halı pisləşib. Daha sonra xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB