Çexiyada mədəni irsimizə aid faktlar tapılıb

Çexiyada mədəni irsimizə aid faktlar tapılıb

Mirzə Fətəli Axundov adını Milli Kitabxananın direktoru Kərim Tahirov Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid faktlar aşkarlayıb. SİA-nın məlumatına görə, direktor bildirir ki, Nizami Gəncəvinin bizə məlum olmayan 4 əlyazması tapılıb. Füzulinin isə Çexiya Milli Kitabxanasında adı səhv qeyd olunub.

Kərim Tahirov açıqlayır ki, o, Çexiyada səfər edən zaman oranın Milli Kitabxanasında olub və əlyazmalar fondunda Azərbaycana məxsus faktlar tapıb: "Fondda təsadüfən "Finduli" adına rast gəldim. Mənə maraqlı gəldi ki, bəlkə bu Füzuli adıdır. Araşdırıb baxdıq ki, hə, əslində Füzulidir. Fars dilində də belə bir şey var ki, səhvən bir nöqtəni belə yazmasan sözün mənası dəyişilir. Burada da hansısa səhf baş verib. Başqa əlyazmalarla da maraqlandım və gördüm ki, Füzulinin, Nizaminin, Xəqaninin də əlyazmaları var. Biz bu məsələni araşdırdıq və sonra bildik ki, Nizami Gəncəvinin bizə məlum olmayan əlyazmaları neçə vaxtdır ki, həmin kitabxanada saxlanılır. Sonra biz Akademiyaya müraciət etdik və hal-hazırda bizim nümayəndələr orada araşdırma aparır. İndiyə qədər Nizaminin bizə məlum olmayan 4 əlyazması tapılıb. Bizim də borcumuz bu yazıları oxuculara təqdim etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə