Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıqla bağlı konfrans keçirilib
Gəncə şəhər İcra Hakimiyyətində Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıq məqdəsdilə konfrans keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Nizamişünaslar, ədəbiyyatçılar və digər elm xadimləri iştirak edib.
Bildirilib ki, sentyabr ayının 29-30 şairin vətəni Gəncədə təşkil olunacaq yubiley tədbirlərinə bütün lazımi işlər görülüb. Yubiley tədbirləri çərçivəsində Nizami məqbərəsi və şəhərin mərkəzləri meydanında bir birindən maraqlı sərgilərin təşkili nəzərdə tutulur. Eyni zamanda kompazisiyalar nümayiş olunacaq, konsert proqramları keçiriləcək. Yubiley tədbirlərində dünyanın müxtəlif ölkələrindən 150-ə yaxın alimin iştirakı gözlənilir. Şəhər İcra Hakimiyyətinin səyi nəticəsində şairin dünyanın bir sıra muzey və kitabxanalarında saxlanılan əl yazmaları Gəncəyə gətirilərək kitab halına salınıb. Əlyazmalar içərisində 13-cü əsrə aid nəşr də var. Ümumilikdə sözügedən işlərə 45 elmi xadim və 30-a yaxın Nizamişünas cəlb olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB