Azərbaycan Rəssamlar İttifaqından jest

Azərbaycan Rəssamlar İttifaqından jest

Rusiya və Avropa rəssamları Azərbaycan Rəssamlar İttifaqına fəxri üzv qəbul olunublar. SİA-nın məlumatına görə, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bu gün Böyük Britaniyadan Nadim Sammana, İtaliyadan Klara Pamfili Tosiyə, Alfonso Mangelliyə, David Dorminoya və Rusiyadan Leonid Bajanevə fəxri üzvlük vəsiqəsini təqdim edib. F.Xəlilov deyib ki, Rəssamlar İttifaqının qanunvericiliyinə görə, xarici ölkələrdən olan rəssamlar ittifaqın üzvlüyünə qəbula oluna bilər.

Qonaqlar Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri elan olunduqlarından sevinclərini bildiriblər və Azərbaycan incəsənətinin dünyaya yayılması istiqamətində lazımi işlər görəcəklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə