Rusiyanın xalq artisti, vaxtilə erməni separatçılarının Dağlıq Qarabağda təşkil etdikləri konsertdə iştirak etmiş Filipp Kirkorovun noyabrın 9-da Bakıda ilk dəfə solo konsert proqramı ilə çıxış edəcəyi barədə məlumat yayıb. Sarayın mətbuat xidmətindən anspress.com-a verilən məlumatda da bildirilib ki, müğənninin Heydər Əliyev Sarayında keçirəcəyi konsertin biletləri artıq satışa çıxarılıb. Hətta, biletlərin qiymətinin 45-100 AZN arasında dəyişdiyi barəsində də məlumat verilir.
Məlumata görə, qısa müddətdir satışa çıxarılmasına baxmayaraq, artıq ilk 20-ci sıraya kimi biletlər satılıb. Hazırda şəhərin mərkəzi kassalarında sözügedən konsertə biletlər yalnız 20-ci sıradan başlayır. Bu, Filipp Kirkorovun Bakıda ilk çıxışı deyil. Bir neçə il əvvəl müğənni bəstəkar İqor Krutoyun Bakı səhnəsində keçirilən yaradıcılıq gecəsində çıxış edib. Gözlənilən konsert isə Filipp Kirkorovun ilk solo çıxışıdır.
Məlumatı verməkdə məqsədimiz başqadır. Erməni kökənli Kirkorovun Dağlıq Qarabağ ərazisinə qanunsuz keçərək orada separatçıların "müstəqillik günü"ndə mahnı oxuması yəqin ki, hamının yadındadır. Onu da bilirik ki, bir ölkənin sərhədini qanunsuz keçən şəxs ən azı 5 il müddətinə, ən pisi isə ömrü boyu həmin ölkəyə gələ bilməz. Bu, bütün ölkələrin qanunlarında belədir. Amma Kirkorov deyəsən bizim ölkənin qanunlarını kimlərinsə köməyi ilə qulaqardına vurur. Açığı dövlət qurumlarımızın məsələni necə həll etdiklərindən xəbərim yoxdur. Ola bilsin ki, hansısa prosedur qaydalarından sonra Kirkorovun üzərindən qadağa götürülüb. Bəs Bakı tamaşaçılarına nə deyəsən? Məgər Xocalı soyqırımı, minlərlə soydaşımıza qarşı törədilən qətliamların üzərindən Dağlıq Qarabağda qondarma rejim yaradıb onu "müstəqillik günü"nü qeyd edənlərlə həmrəy olan erməni kökənli Kirkorovu bağışladıqmı? Siz deyin, onun hansı sözləri, hansı etirafı bizə onu bağışlamağa yetərli oldu?
Dəhşətdir, deyirlər 20-ci sıraya qədər biletlər artıq satılıb. Ondasa əliniz cibinizdə olsun, hörmətli tamaşaçılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB