Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən II Respublika dekorativ-tətbiqi sənət festivalı davam edir. SİA-nın məlumatına görə, festivalın proqramına uyğun olaraq, növbəti mərhələ üzrə daha bir sərgi oktyabrın 2-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunacaq.
Sərgidə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan sənətkarların və dekorativ-tətbiqi sənət ustalarının iştirakı nəzərdə tutulub. Festivalın yekun sərgisi isə noyabrda Muzey Mərkəzində təşkil ediləcək. Burada regionlarda keçirilən sərgilərdə seçilən əsərlər nümayiş olunacaq.
Festivalın yekun sərgisindən seçilən əsərlərdən ibarət kataloq, habelə həmin əsərlərin nazirlik tərəfindən alınması ilə bağlı təkliflər hazırlanacaq. Layihədən sonrakı mərhələdə hazırlanan kataloqların səfirliklərə, turizm, diaspor təşkilatlarına, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, festival cari ilin fevralından açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB