"İRƏLİ" Tarix Mərkəzinin Gəncə şəhərində həyata keçirdiyi "Arxeoloji düşərgə 3" layihəsi yekunlaşıb. İctimai Birlikdən SİA-ya verilən məlumta görə, layihəyə qatılan 20 nəfər gənc Qədim Gəncə adlandırılan ərazidə (İmamzadə Məscidi yaxınlığında) tarix elmləri doktoru, professor görkəmli arxeoloq Arif Məmmədovun rəhbərliyi altında arxeoloji qazıntılarda iştirak ediblər. Gənclər arxeoloji qazıntılarda iştirak etməklə yanaşı, eyni zamanda aşkar olunmuş tapıntıların inventarlaşdırılması işi ilə məşğul olublar.
İştirakçılar həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Nizami Gəncəvi adına Gəncə şəhər Tarix Diyarşünaslıq Muzeyi, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyi, Aqrar Elm və Təhsil Muzeyində olmaqla Gəncə şəhərinin tarixi abidələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, "İRƏLİ" Tarix Mərkəzinin "Arxeoloji düşərgə 3" layihəsinin növbəti mərhələsi avqust ayının 26-dan başlayaraq sentyabr ayının 6-na kimi 20 nəfər gəncin iştirakı ilə Ağsu rayonunda davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB