Bu ilin iyununda görkəmli aktyor, Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 80 ili tamam olub. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə sentyabrda Dövlət Film Fondunun təşəbbüsü ilə tədbir keçiriləcək.
Tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Eyni zamanda aktyorun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən də söz açılacaq.
Qeyd edək ki, Hacıbaba Bağırov 2006-ci il oktyabrın 6-da vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB