“Qırmızı xalı” həyəcanı bu dəfə Bakıda !

“Qırmızı xalı” həyəcanı bu dəfə Bakıda !

Məşhurlar üçün böyük şərəf sayılan "Qırmızı xalı" həyəcanı bu dəfə Bakıda yaşanacaq. SİA-nın xəbərinə görə, oktyabr ayında təşkil olunacaq "The first" adlı tədbirdə mərasimə qonaq olan bütün məşhurlar qırmızı xalı üzərindən keçəcəklər.

Mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İsveç, Qazaxıstan və s. ölkələrdən millət vəkilləri, müğənnilər, rejissorlar, aktyor və aktrisalar, yazarlar iştirak edəcəklər. Tədbir mükafatlanma və konsertdən ibarət olacaq.

Qeyd edək ki, tədbirə təşrif buyuracaq qonaqlar arasında Gürcüstanın "Eurovision 2012"dəki təmsilçisi Anri Joxadze, Türk müğənni və bəstəkarı Orxan Olmez, yazar Yasemin Pulat və başqaları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə