Sərxoş qəhrəman

Robert Zemekisin yeni rejissor işi olan "Ekipaj" (əsl adı "Fligth") 50-ci Nyu York kinofestivalının qapanış filmi olacaq. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, filmin baş rolunu Denzel Vaşinqton ifa eləyir. O, məcburi eniş eləməli olan sərnişin laynerinin pilotunu canlandırır. Vaşinqtonun personajı sayəsində sərnişinlər sağ qalırlar. Onu qəhrəman elan eləyirlər, lakin daha sonra hadisə zamanı onun içkili olduğu məlum olur.

Vaşinqtonla birlikdə "Ekipaj" filmində Melissa Leo, Con Qudmen və Don Çidl çəkiliblər. Film Zemekisin son on illik rejissorluq fəaliyyəti ərzində canlı aktyorlarla çəkilmiş ilk əsəri olmaqla da diqqət cəlb edir. Kinematoqrafistin son filmləri ("Qütb ekspresi", "Beovulf" və "Milad bayramı hadisəsi") kompüterdə çəkilib.

Qeyd edək ki, "Ekipaj" filminin premyerası NYFF çərçivəsində 14 oktyabr (festival 28 sentaybrda açıq elan ediləcək) tarixində baş tutacaq. Zemekisin yeni filmi böyük ekranlarda 2012-ci ilin noyabr ayından nümayiş ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə